"Fenerbahçe"nin ulduz futbolçusu Luiş Nani Madrid "Atletico"sunun transfer siyahısına düşüb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "hindular"ın nümayəndələri mövsümün sonunda qarşı tərəflə bu məsələ ətrafında danışıqlar aparmağı düşünür. Nani "sarı lacivərdlilər"in heyətinə 2015-ci ildə keçib. O, həmin vaxta qədər "Manchester United" və "Sporting Lisbon" formasını geymişdi. Bu ilin yanvarında Çindən portuqaliyalı oyunçuya görə 25 milyon avro təklif etsələr də, İstanbul klubunun prezidenti Aziz Yıldırım onu satmaqdan imtian etmişdi.
Milli.Az