Bakıda toya hazırlaşan ailənin evi qarət olundu

Bakıda toya hazırlaşan ailənin evi qarət olundu
07:16 23 Fevral 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi Füzuli küçəsindəki fərdi evdə yaşayış evi qarət olunub. Evə soxulan oğru evin altını-üstünə çevirərək pul və qızıl-zinət əşyası axtarıb. İşdən qayıdan ev sahibinin oğlu oğru ilə üzləşsə də, həmin şəxs ərazidən yayınmağa müvəffəq olub.

“Mən işdə idim, oğlum zəng vurub dedi ki, evimizə oğru girib. Əvvəl elə bildim zarafat edir”. Bu sözləri zərərçəkmiş ev sahibəsi Afaq Balakərimova deyib. Oğlunun ciddi sözünü zarafat kimi qəbul edən qadın sonda bu pis xəbərlə barışmalı olub.

Məruz qaldıqları qarət hadisəsi ev sahiblərinin arzusunu da ürəklərində qoyub. Belə ki, oğrunun evdən apardığı pulla ev sahibinin oğlunun bu yaxınlarda toyu olmalıymış.

Afaq xanım oğrunun qızıl və 25 000 rus rublunu (317 AZN) apardığını bildirir.

Hadisə ilə bağlı xəbər tutan ərazi üzrə 6-cı polis bölməsinin əməkdaşları oğulruğun qeydə anındığı ünvana baş çəkiblər. Müvafiq yoxlamlar və əl-barmaq izləri, eləcə də zərərçəkənlərin ifadəsi də alınıb.

Məlum olub ki, cinayətkar evə pəncərədan daxil olub. Əlbəttə bu işdə ev sahibinin də səhlənkarlığı olub. Belə ki, mənzilin heç bir pəncərəsinə dəmir barmaqlıq vurulmayıb.

Hazırda faktla bağlı bölmədə toplanan materiallar əsasında rayon polis idarəsində cinayət işi başlanılıb.
Mənbə
ANS PRESS Ruslan Eldaroğlu



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR