Ermənistan İstehlakçılar Birliyinin sədri Armen Poqosyan ölkəsində Türkiyə mallarının satılmasına kəskin etiraz edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, asssosiasiya rəhbəri belə malları almamağın hər bir erməni üçün şərəf məsələsi olduğunu deyib.

"Bizə iqtisadi baxımdan sərf edəcək ya yox, bu başqa məsələdir. Hər il aprelin 24-də türk bayrağını yandırırıq, amma ilk növbədə türk paltarları geyinməməliyik. Türk mallarını almamaq hər bir erməninin şərəf məsələsidir".

Poqosyan türk mallarının Ermənistana gətirilməsinə ya məhdudiyyət, ya da tam qadağa qoyulmasının vacibliyindən danışıb. O, ötən il Türkiyədən ölkəsinə 168 milyon dollar dəyərində məhsulun gətirildiyini xatırladıb.

Milli.Az