"Fikir şənbəsi" klubunda "Şah və Şair" tamaşası müzakirə olundu

10:53 23 Fevral 2015
56 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Bilik Fondunun “Fikir şənbəsi” klubunda bu dəfə yazıçı Kamal Abdullanın “Yarımçıq Əlyazma” əsəri əsasında səhnələşdirilmiş “Şah və Şair” tamaşası müzakirə olunub.

Fonddan Trend-ə verilən məlumata görə, müzakirədə respublikanın əməkdar artisti Vidadi Həsənov, aktyor Oqtay Mehdiyev də iştirak ediblər.

Bilik Fondunun teatr sənətinə ayırdığı diqqəti yüksək qiymətləndirən V.Həsənov cəmiyyətin maarifləndirilməsində teatrın rolunun danılmaz olduğunu vurğulayıb. Əməkdar artist bu mürəkkəb dramı səhnələşdirərkən qarşıya çıxan çətinliklərdən danışıb, artıq bütün dünyada tanınan və sevilən bu əsərin uğurlu səhnə həllini tapdığını deyib.

İştirakçılar süjet xətti müasir və tarixi planda inkişaf edən “Şah və Şair” tamaşasından aldıqları təəssüratları bülüşüblər, onlar üçün qaranlıq qalan məqamları müzakirə ediblər.

Bilik Fondunun təşəbbüsü ilə müxtəlif universitetləri təmsil edən könüllülərdən və Fondun əməkdaşlarından ibarət bir qrup fevralın 20-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Şah və şair” əsərinə tamaşa ediblər.

Tamaşanın rejissoru Mikayil Mikayilovdur, rolları əməkdar artistlər Elşən Rüstəmov, Ayşad Məmmədov, aktyorlar Hikmət Rəhimov, İlahə Həsənova, Vüsal Mustafayev ifa edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2367034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR