Georgi Marqvelaşvili: “Mixail Saakaşvilinin Ukraynada vəzifəyə təyin olunması ikitərəfli münasibətlərə təsir göstərməyəcək”

11:02 23 Fevral 2015
53 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 10:59 ]

Bakı – APA. “Gürcülərin, o cümlədən barəsində axtarış elan olunmuş sabiq prezident Mixail Saakaşvilinin Ukraynada dövlət vəzifələrinə təyin olunması Gürcüstan-Ukrayna münasibətlərinə təsir göstərməyəcək”.

APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın “İnter” telekanalına müsahibəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib.

 

G. Marqvelaşvili bildirib ki, iki qardaş xalq arasında münasibətləri korlamaq çox çətindir: “Hər gürcü Ukraynaya fayda vermək və Ukraynaya xidmət etməyi müəyyən mənada öz borcu sayır. Çünki bizim gələcəyə ümumi baxışımız var və strateji maraqlarımız eynidir. Hansı namizədləri vəzifələrə seçmək lazım olduğuna legitim Ukrayna hökuməti qərar verir. Bu, Ukraynanın daxili işidir”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR