Göygölün “Murovdağ” qəsəbəsində məskunlaşan kəlbəcərlilər tibbi müayinədən keçirilib

Göygölün “Murovdağ” qəsəbəsində məskunlaşan kəlbəcərlilər tibbi müayinədən keçirilib
12:13 23 Fevral 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+


Göygöl, 23 fevral, Sabir Əliyev, AzərTAc
Göygöl rayonunun “Murovdağ” qəsəbəsində məskunlaşan kəlbəcərli məcburi köçkünlər tibbi müayinədən keçirilib. Mərkəzi rayon xəstəxanasının həkimləri səyyar tibbi avadanlıqların köməyi ilə qəsəbənin 600-dən çox sakinini müayinə edilib və onlara lazımi tibbi məsləhətlər veriblər.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Mehparə Kazımova AzərTAc-a deyib ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilən tibbi müayinə aksiyası uğurla davam etdirilir. İndiyədək 5 min kəlbəcərli müayinə olunub. Onlardan 311-i ambulator, 4-ü stasionar müalicəyə cəlb edilib, 17-si Bakı şəhərinə göndərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goygolun_Murovdag_qesebesinde_meskunlasan_kelbecerliler_tibbi_muayineden_kechirilib-834132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR