"... Hüquq qarşısında cavab verəcək" - Lalə Məmmədovadan Lamiyəyə cavab

"... Hüquq qarşısında cavab verəcək" - Lalə Məmmədovadan Lamiyəyə cavab
12:51 23 Fevral 2015
79 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Lalə Məmmədova dayısı qızı, gənc ifaçı Lamiyə Novruzovanın ittihamlarına cavab verib.

Axşam.az-ın məlumatına görə, “Onlar”a açıqlamasında müğənni atasının ölümündə Lamiyənin onu günahlandırmasına münasibət bildirib:

“Dayım gözəl insan olub, həyatını ləyaqətli yaşayıb. Onun xatirinə susdum, ünvanıma deyilən cəfəngiyata cavab vermədim. Anam hələ də o ağrını pis keçirdir. Ölümdə insanı günahlandırmaq ağır ittihamdı. Susmaq, kimdənsə qorxmaq, demək deyil. Ata itkisi ağırdı. Müəyyən emosiyaları başa düşmək olar. Amma bu cür günahlandırma... Sənətdəki hörməti, sevgini damla-damla qazanmışam. Kiminsə şəxsiyyətimə söz deməsi düz deyil. Gələn dəfə haqqımda bu cür sözlər işlədən olsa, o, hüquq qarşısında cavab verəcək. Bu istər qohumum, istər yaxınım olsun, güzəştə getməyəcəm. Başqasının ailəsinə baş qoşmağa vaxtım və həvəsim yoxdu. Öz daxili problemləridir. Ailə içində həll etsinlər. Bunu mediaya çıxardıb, şou düzəltmək lazım deyil. Mənim o qədər problemim var ki, onlarla məşğulam”.

L.Novruzova ilə barışmasına gəldikdə isə əməkdar artist “Həyatda mənə çox zərbə vuranlar olub, bağışlamışam. Bağışlamaq o, demək deyil ki, münasibətimiz gözəl olacaq. Hər kəs öz yoluna getsin, öz işi ilə məşğul olsun” deyə, bildirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26941

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR