Gənc jurnalistlər BANM-də olub

Gənc jurnalistlər BANM-də olub
13:24 23 Fevral 2015
51 Sosial
Ölkə mətbuatı
A- A+

Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Mətbuat Şurasının birgə layihəsi olan “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi”nin iştirakçıları Bakı Ali Neft Məktəbində (BANM) olublar.

Məktəbdən Lent.az-a verilən məlumata görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov KİV nümayəndələri olan iştirakçıları Bakı Ali Neft Məktəbində salamlayaraq, onları görməkdən məmnun olduğunu bildirdi. O, Bakı Ali Neft Məktəbinin yaranma tarixi, məqsədləri, qısa zaman ərzində əldə etdiyi uğurları və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlıq haqqında ətraflı məlumat verdi. Rektor Elmar Qasımov BANM-in Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yerlərdən birini tutduğunu vurğulayıb.

Elmar Qasımov hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirdi. O, bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını dedi. Rektor E.Qasımov tələbə qəbulu göstəricilərinin reytinq cədvəlinə görə BANM-in 2012-ci və 2013-cü illərdə ali məktəblər arasında mütləq lider olduğu, tədris prosesinin Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində ingilis dilində ən müasir texnologiyaların tətbiqi ilə aparıldığını vurğulayıb.

O, tələbələrin təhsildə, müəllimlərin isə tədrisdə motivasiyasını artırmaq üçün kompleks tədbirlərin həyata keçirildiyini, tədris prosesinin istehsalatla sıx əlaqədə olduğunu, biliklərin qiymətləndirilməsində tam şəffaf və obyektiv mühitin yaradıldığını qeyd edib.

Bununla yanaşı, rektor E.Qasımov BANM-də tədris prosesinin müasir metodlarla təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər haqqında da jurnalistlərə məlumat verdi. 
Sonra Elmar Qasımov “Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi” layihəsinin iştirakçısı olan KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR