Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül-Əziz Əl Səudun fərmanı ilə ölkənin neft naziri Əli əl-Naimi vəzifəsindən azad edilib. ANS PRESS-in "Reuters"ə istinadən verdiyi məlumata görə, ölkənin yeni neft naziri eyni fərmanla krallığın səhiyyə naziri vəzifəsindən azad edilən Xalid əl-Falih təyin olunub.
Kralın digər fərmanına görə, neft nazirliyini artıq yeni qurum əvəz edəcək - energetika, sənayə və mineral resurslar nazirliyi. Əl-Falih də elə bu nazirliyə rəhbərlik edəcək. O həmçinin ölkənin ən iri neft şirkətlərindən biri olan "Saudi Aramco" şirkətinin başçısıdır.

"Bloomberg"in məlumatına görə, sələfi kimi əl-Falih də kral ailəsinin üzvü deyil və onun kral Salman tərəfindən yeni vəzifəyə təyin edilməsi ölkədə qəbul olunan təcrübəyə əsaslanır - neft sənayəsinə kral ailəsinə daxil olmayan nazir rəhbərlik etməlidir.
"The Wall Street Journal" nəşri qeyd edir ki, istefaya göndərilən əl-Naimi kifayət qədər nüfuzlu fiqur olub. 1995-ci ildə nazir təyin edilməmişdən əvvəl o həmçinin "Saudi Aramco" şirkətinə rəhbərlik edib.

Neft nazirinin istefası Səudiyyə hökümətindəki irimiqyaslı yerdəyişləməlr fonunda baş tutub. Dəyişiklilər aprel ayının əvvəlində təstiq olunmuş öləkənin inkişafı planı çərçivəsində həyata keçirilir. "2030-cu ilin görüntüsü" adlanan proqram Milli transformasiya planından ibarıtdir. Planın qəbul edilməsindən sonra kralın oğlu Məhəmməd bin Salman bəyan edib ki, yeni proqrama əsasən 2020-ci ildə Səudiyyə Ərəbistanı "neftsiz yaşaya biləcək".
"2020-ci ildə Səudiyyə Ərəbistanı "neftsiz yaşaya biləcək"
Al-Arabiya telekanalına müsahibəsində Məhəmməd bildirib ki, onun tərtib etdiyi plan istənilən neft qiymətləri fonunda uğurlu olacaq - planın reallaşması böyük xərclər tələb olunmur.
Məhəmməd bin Salman dünyanın ən iri neft şirkətlərindən biri olan "Saudi Aramco" fövlət şirkətinin işinə nəzarət edən iqtisadiyyat və inkişaf Şurasına rəhbərlik edir.
"Financial Times" (FT) Məhəmmədi 2015-ci ildə taxt-taca sahib olan kralın ən sevimli və nüfuzli oğlu adlandırıb. Dohada neftin hasilatına dair danışıqların uğursuz bitməsində sonra FT və "Bloomberg" nazirlərin deyil məhz Məhəmmədin neft bazarında krallığın siyasətini müəyyən etdiyi haqda yazıb.
