Yeni mövsümə fərqli heyət və məşqçi ilə başlamaq niyyətində olan "Qalatasaray" transfer fəaliyyətinə indidən start verib. Klubun skautları gənc və perspektivli hücumçuları izləməyə başlayıb.

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Cim bom" Fransanın 2-ci divizionunda çıxış edən "Le Havre"nin 20 yaşlı forvardı Lis Musseni izləməyə başlayıb. Bazar qiyməti 400 min avro olan Musse bu mövsüm 27 dəfə meydana çıxıb və 24 qolun müəllifi olub. Ötən mövsüm "Troyes"dan Lionel Karolu heyətə cəlb edən "Qalatasaray"ın yenidən Fransanın aşağı liqasından futbolçu almaq ehtimalı böyükdür. Klubun skautları Mussenin oyununu mayın 6-da "Auxerre" ilə keçirilən matçda izləyiblər. "Sarı qırmızılar"ın transfer siyahısındakı digər futbolçu Con Kordobadır. 22 yaşlı hücumçu "Mainz"da yaxşı mövsüm keçirir.

Milli.Az