Müğənni Zamiq Hüseynov şou-biznesdə seçilən ifaçı olduğunu iddia edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "5/5" verilişində bir çoxlarının onun geyim tərzini təkrarladığını bildirib:

"Həm geyimim, həm də mahnılarımla seçilmək istəmişəm. Bunu bacarmışam da. İndi bəziləri mənə baxıb geyinirlər. Buna görə də çox şadam. Sənətdə iz qoyub getmək böyük işdir. Amma gərək hər gün idman da etsinlər ki, formada olsunlar".

Z.Hüseynov aparıcının "Abbas Bağırovla münasibətiniz necədir?" sualına belə cavab verib:

"Hamıyla mənim aram yaxşıdır. Musiqini layiqincə təmsil edənlərə hörmət edirəm. Boş-boş danışanları sevmirəm. Adını çəkdiyiniz insan da dostumdur. Münasibətimiz çox yaxşıdır".

Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az