Azərbaycan MOK–un vitse-prezidenti və İslam Həmrəyliyi İdman Federasiyasının II vitse-prezidenti Çingiz Hüseynzadə bu cür müstəsna əhəmiyyətli həftədə Bakıya gələn çoxsaylı qonaqları qarşılamaqdan məmnun olduqlarını bildirib. O, MOK-ların öz idmançıları üçün yaradılmış imkanlardan məmnun qaldıqlarına və gələn il uğurlu bir idman tədbirinin keçiriləcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, bugünkü iclasda İHOƏK 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin 70 üzvünü qəbul edib.