Türkiyəli müğənni Sərdar Ortaç həyat yoldaşı Kloe Louqhanla haqqında yayılan boşanma xəbərlərinə aydınlıq gətirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Tvitter hesabından "Yalan xəbərdir, belə bir şey yoxdur Allaha şükür" deyərək, yayılan xəbərləri təkzib edib.

Qeyd edək ki müğənninin bir müddət öncə "Evliliyimizi qurtara bilmirik. Hər an boşanma qərarı ala bilərik" deyə, söyləməsi, bu şaiyələrin yaranmasına səbəb olub.