Bakı. 18 may. REPORT.AZ/ Qırğız Respublikasının keçmiş baş naziri Amangəldi Muraliyevin oğlu Altınbek Muraliyevin dövlət sirrini xarici ölkələrin təşkilatına ötürdüyü üçün 12 il azadlıqdan məhrum edilib.
"Report" "24kg" agentliyinə istinadən xəbər verir ki, bu haqda Bişekek şəhəri Pervomay rayon məhkəməsidən bildirilib.
Məhkəmə Altınbek Muraliyevin əmlakının müsadiə edilməsi haqda da qərar çıxarıb.
Altunbek Muraliyev nazirlər Kabinetində beynəlxalq əməkdaşlıq bölməsinin müdiri işləyib. 2014-c ü ildə ölkənin xüsusi xidmət orqanı tərəfindən tutulub.
O, Amangəldi Muraliyevin yeganə oğludur. Qeyd edək ki, Amangəldi Muraliyev 1999-2000-ci illərdə keçmiş prezidenti Əsgər Akayevin prezidentliyi dövründə baş nazir olub.