Aparıcı-müğənni Lerzan Mutlu həmkarı Bülent Ersoyu və model Deniz Akkayanı məhkəməyə verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müğənni aparıcılıq etdiyi "Söylemezsen olmaz" verilişində məlumat yayıb.
L. Mutlu canlı yayımda ötən bazar vəfat edən Oya Aydoğanla pis rəftar etməsi barədə yayılan xəbərlərə münasibət bildirib. Müğənni haqqında şayiə yayan Bülent Ersoyu məkhəməyə verdiyini, 100 min TL təzminat istədiyini bildirib: "Sənin yaxşı cavabını verərdim, ancaq susuram. Sən 2-3 nəfərin sözüylə məni mühakimə etdin. Bunun cavabını məhkəmədə verərsən".
Lerzan onun ünvanına sərt sözlər ünvanlayan model Deniz Akkayanı da məhkəməyə verdiyini söyləyib: "Guya mən dəhlizdə Oya ilə dalaşmışam. Hansı dəhlizdə? Sən onsuz mənim haqqımda orda-burda çox danışmısan. İşimiz məhkəmədədir".
Qeyd edək ki, Bülent Ersoy açıqlamasında Lerzan Mutlunun telefonda Oya Aydoğana qışqırdığını iddia etmişdi: "Lerzan Oyaya zəng vurmuşdu. Səsini yüksəltmişdi. Sən kimsən? Canlı yayıma basqın edərəm".
Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.
Milli.Az