Əməkdar artist Röya Ayxan pərəstişkarları ilə görüş keçirib.

Axşam.az-ın məlumatına görə, 23 nömrəli 11 illik musiqi məktəbində baş tutan tədbirdə bəstəkar Vaqif Gərayzadə də müğənnini tək qoymayıb.

R.Ayxan müğənni Zamiq Hüseynovla klip çəkdirəcəyindən danışıb:

“Mayın 21-də Batumiyə yola düşürəm. Orada Zamiqlə klip çəkdirəcəyik. Bu reklam xarakterli bir layihədir. Klipdə suyu reklam etdirəcəyik”.

Müğənni ötən il çıxdığı Azərbaycan Kubokunun final görüşünə həsr edilən konsertin bu dəfə xalq artisti Aygün Kazımovaya həvalə olunmasına münasibət bildirib:

“Bu il mən UEFA-17 Avropa Çempionatında səfir seçildim. Mayın 21-də son görüşüm olacaq. Ordanda Batumiyə gedəcəm. Əslində ayın 24-də Bakıya qayıda biləcəyimi deyirlər. Amma birdən nəsə alınmadı, ya da yorğun oldum. Buna görə də təklifi qəbul etməyə qorxdum. Orada olacaq hamıya da uğurlar arzulayıram”.

"O təklifi qəbul etməyə qorxdum" -  Röya+fotolar