Bir neçə gün əvvəl Amerikada səkidə yıxılaraq topuğu əzilən irlandiyalı model, müğənni Sərdar Ortacın xanımı Xlo Loqnanın yaralı halda olan şəkilləri yayılmışdı.
Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, modelin Amerikada döyüldüyü iddia edilir.
İddialara görə, model Amerikada gecə klubuna gedib. Orada sərxoş olan idmançılardan biri ona sataşıb. Model idmançını itələyərək yerə yıxıb. Dərhal yerindən qalxan idmançı modelə yumruq atıb.
Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.
Milli.Az

