Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomeyə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına əmin-amanlıq və rifah arzulayıram".

XXX

Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti xanım Bidhya Devi Bhandariyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Nepal xalqına sülh və tərəqqi diləyirəm".

Milli.Az