Müğənni Zamiq Hüseynov "Gəl" adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, sənətçi bəstəni Rüstəm Muradlı ilə duet şəklində səsləndirib.

Mahnının sözləri Sarvan Qurbanova, musiqisi isə Orxan Hüseynova məxsusdur. Bəstənin aranjimanı Ramal Rəsula həvalə olunub.