Hülya Avşarın bacısı Helin Avşar sosial şəbəkədə gənclik dövrünə aid foto paylaşıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, fotoda özünə "lağ edib". Şəkli paylaşan Helin şərh olaraq: "Gülməkdən öldüm, qaşlarıma baxın", - yazıb. Lakin bir neçə dəqiqə sonra o, şəkli silməli olub. Buna səbəb isə izləyicilərin artıq-əksik şərhlər yazmaları olub.

Qeyd edək ki, o, fevral ayının 20-də Serhan Bora ilə ailə qurub.

Milli.Az

Hülyanın bacısını şəkil yükləməyinə peşman etdilər - FOTO