Türkiyəli müğənni Murad Dalkılıç Bakıya gələcək.

Axşam.az-ın məlumatına görə, ifaçı Ramazan bayramı münasibətilə təşkil ediləcək konsertdə səhnəyə çıxacaq.

İyulun 8-də baş tutacaq konsert şəhər restoranlarının birində gerçəkləşəcək.

Gecənin təşkilatçısı Nahid Emiloğlu əməkdaşımızla söhbətində bildirib ki, Dalkılıç səhnəni Otilia ilə bölüşəcək:

"Otilianı hamı Sərdar Ortaçın duet ortağı kimi tanıyır. Konsertdə maraqlı şou, qonaqlar üçün sürprizlər olacaq".

Milli.Az