Səfir xarici sərmayələrin cəlb edilməsi, iş adamlarının İranda fəaliyyəti üçün müxtəlif güzəştlərin olduğuna və ixracatın inkişaf etdirilməsi proqramlarına toxunub: "Azərbaycanlı sərmayədarlar və İran mallarının ixracatçıları da həmin güzəştlərdən faydalana, İslam Respublikasındakı banklardan kredit ala bilərlər".
O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində iki ölkənin dəmir yolları şəbəkəsinin bir-birinə qovuşmasını Azərbaycan və İran üçün gəlirli plan sayıb: "Üç ayadək Culfa (Azərbaycan) - Təbriz dəmir yolunun infrastrukturu təkmilləşdirliəcək, 2016-cı ilin sonunadək Naxçıvandan İranın istənilən bölgəsinə, xüsusilə Məşhəd şəhərinə qatarla gediş-gəliş təmin olunacaq".
M.Pakayin Azərbaycan üçün İranın həmsərhəd əyalətləri ilə əlaqə və əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını xatırladıb: "Ənzəli, Maku və Araz azad iqtisadi zonalarının fəaliyyətini nəzərə alaraq, Azərbaycan sərmayədarları bu zonalarda yaradılan iqtisadi imkanlar və güzəştlərdən faydalana bilərlər".