Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Tahir Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 15-nə təyin edilib.

Qeyd edək ki, qətl Məhəmmədi qəsəbəsindəki "Yeni yaşayış massivində" baş verib. 1983-cü il təvəllüdlü Tahir Mürsəlovla həyat yoldaşı, 1991-ci il təvəllüdlü Nigar Təslim qızı Mürsəlova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı ər bıçaqla həyat yoldaşına çoxsaylı zərbələr endirib. Yaralı N.Mürsəlovanı qonşusu avtomobili ilə xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib. T.Mürsəlov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Bolis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb.