Ötən gün Türkiyənin məşhur müğənnisi Sərdar Ortac xanımı Xlo Loqnan ilə birlikdə restoranların birindən çıxarkən paparassilərin hədəfinə düşüb.
"Hürriyet" yazır ki, müğənni xanımının yaralanması barədə danışıb. O, jurnalistlərə Xlonu çox sevdiyini deyib:
"Amerikada yolda gəzərkən yıxılıb. Bəzi yerlərdə xəbərlər yayılıb ki, guya mən döymüşəm. Döyməyi qoyun kənara, telinə zərər gəlsə, ölərəm".
Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.
Milli.Az




