Oyunu Avstriyalı hakim Maykl Canoş və onun bolqarıstanlı həmkarı Çavdar Marev idarə edəcək.
Qarşılaşma saat 22:00-da Topolika İdman kompleksində başlayacaq.
Faiq Qarayevin rəhbərlik etdiyi komanda ilk oyunda Fransanı məğlub edib - 3:0. Nəticədə Azərbaycan millisi yer aldığı B qrupunda 3 xalla Monteneqro ilə eyni xala sahibdir və ikinci pillədə qərarlaşıb.
Millinin növbəti rəqibi isə İspaniya yığması olacaq. Görüş iyunun 5-də keçiriləcək.