“ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının qonağı müğənni-bəstəkar Hacı Nazim Məmmədov olub.
Axşam.az-ın məlumatına görə, ifaçı müğənni Elnarə Xəlilovanı tənqid edib və onuncu pilləyə layiq görüb:
“Elnarə mənim əzizimdir, sevilən müğənnidir. Amma son oxuduğu mahnıdan başa düşdüm ki, gündəm arxasıyca gedib. İnanmıram ki, 70 yaşındakı kişi otursun buna qulaq assın. Mahnını bəyənmədim, sevmirəm”.
N.Məmmədov Nadir Qafarzadənin mahnısını təhlükəli adlandıraraq doqquzuncu edib:
“İllərin sənətçisidir, mənim “Sildim” mahnımı ifa edib. “Özümü asardım” mahnısı təhlükəlidir. Buna qulaq asan gənclər nə düşünər?
Səkkizinci pillədə Zülfiyyə Xanbabayevanı görürəm. Onu, sənətini çox sevirəm. “Çarəsizəm” mahnısını avtomopbilimdə dinləmərəm. Baxmayaraq ki, xanımım bəstəni çox bəyənir”.
Nazim qeyri-peşəkar adlandırdığı Miri Yusifi yeddinci yerə layiq görüb:
“İnsanlar Miri Yusifi çox sevir. Bir ifaçı nə konservatoriyanı bitirib, nə musiqi təhsili var. Peşəkar deyil.
Tünzalə Ağayeva zövqlü müğənni, peşəkar bəstəkardır. Amma illər əvvəl yazdığı mahnıları dinləyirdim. Hazırda janr dəyişikliyi edib. Onu altıncı edirəm”.
İfaçı Rəqsanə və Adil Karacanın duetindən söz açıb:
“Zamanında bu mahnı İlhamə Quliyeva və Rəşad İlyasovun ifasında öz sözünü dedi. Rəqsanə qəşəng oxuyub, görünür İlhamə Quliyevanın sənətini yaxşı bilir. Bəstəni özününküləşdirib. Onları beşinci edirəm.
Xatirə İslamın “Sənsizləmişəm” mahnısını bir vaxtlar hər yerdə hamı dinləyirdi. İndi də ona qulaq asıram. Ona görə də dördüncü yerə layiq görürəm.
Azəri Günel Zeynalovanın yeni mahnısını bərabər yazmışdıq. Hansısa bir notda əməyim olub, sevərək dinləyirəm, üçüncü yerdə qərarlaşdırıram”.
Nazim Elçin Cəfərovun “İlk və son” mahnısını ikinci edib:
"Çox gözəl və pozitiv mahnıdır. Elçin mənim dostumdur. Sevgi mövzusu olan hər yerdə səslənə biləcək mahnıdır. Həftənin birincisi isə Natavan Həbibi olsun. Onu bir sənətkar kimi bəyənirəm. Həftənin hit mahnısı “Zaman adlı qatar” olsun”.
N.Məmmədov Eldar Qasımovu siyahıdan uzaqlaşdırıb və onun mahnılarının hit olmayacağını iddia edib.
Miri Yusifi qeyri-peşəkar adlandırdı, Eldarı uzaqlaşdırdı - video
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Banu"nun Güneli illər sonra göründü - FOTO
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İlham Əliyevin Şeyxa Əl Nuveysi ilə görüşündən görüntülər - VİDEO
Bu gün
·
19:35
“Real"ın “El-Klasiko” sonrası Arda ilə bağlı paylaşımı gündəm oldu
Bu gün
·
19:05
İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi
Bu gün
·
19:03
Baş nazir qərar imzaladı
Bu gün
·
18:09
Siyahıyaalma qrupunun işçilərinin maaşları təsdiqləndi
Bu gün
·
18:04
Azərbaycanda əmlak sığortası bazarı böyüyüb
Bu gün
·
17:31
Keçmiş icra başçısı əməliyyatdan sonra vəfat etdi
Bu gün
·
17:08
Ərdoğanın rəqibləri sıradan çıxır
Bu gün
·
16:50
Hikmət Hacıyev sülh sazişindən danışdı
Bu gün
·
16:44
Qeyri-həyat sığortası üzrə ödənişlər artıb
Bu gün
·
16:42
İqrar Cəbiyev vəzifəsindən azad olundu - FOTO
Bu gün
·
16:25
Azərbaycanla bağlı danışdı, vəzifədən getdi - Oktay Saral kimdir?
Bu gün
·
16:22
Arxeoloqları heyrətləndirən tapıntı: 4 min il əvvəldən qalıb - FOTO
Bu gün
·
16:21
5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
Bu gün
·
16:10
Azərbaycanın tomat ixracından gəliri artıb
Bu gün
·
16:07