Sərgidə Xaçmaz Şəhər Uşaq İnçəsənət Məktəbinin şagirdlərinin 60-a yaxın rəsm əsərləri nümayiş etdirilir.
Sərginin açılışında çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində törətdikləri faciədən bəhs edib. Bildirilib ki, üstündən 23 il keçməsinə baxmayaraq şagirdlər həmin faciəni olduğu kimi, həm də ürək ağrısı ilə tablolara köçürüblər. Bu xalqımızın həmin hadisələri heç vaxt unutmayacağının, tarixi torpaqlarımızı düşmən tapdağından azad etməyincə rahatlıq tapmayacağının göstəricisidir.
Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya, eləcə də Xocalı faciəsindən bəhs edən film nümayiş etdirilib.
Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş sərgi Xaçmaz Dövlət Rəsm Qalereyasında mart ayının 1-nə kimi nümayiş etdiriləcək.
Milli.Az