Bakı, 25 fevral, AzərTAc
“DəmirBank” “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən “Göy” və “Qırmızı” əmanət növlərinin illik faiz dərəcələrini artırıb.
Bankdan AzərTAc-a bildiriblər ki, hazırda Göy əmanət üzrə illik faiz dərəcələri Azərbaycan valyutası ilə 13,5 faiz, ABŞ valyutası ilə isə 12,5 faiz təşkil edir. Qırmızı əmanət növü üzrə də illik faiz dərəcələri artırılaraq Azərbaycan valyutası ilə 11 faiz, ABŞ valyutası ilə isə 10 faiz olub.
İstənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında “Göy” və “Qırmızı” əmanət hesabları açdıra bilər. Maksimum 3 il müddətinə açılan “Göy” və “Qırmızı” əmanət növlərini manat, avro, İngiltərə funt-sterlinqi və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.