Luiş Nani "Fənərbağça" rəhbərliyi tərəfindən son qərarını verməsi üçün 15 gün möhlət alıb. Portuqaliyalı ulduz ölkə kubokunun finalından sonra: "komandada birlik yox idi" - deməklə diqqəti üzərinə çəkmişdi.

Goal.az xəbər verir ki, buraxılış qiyməti 8.5 milyon təşkil edən yarımmüdafiəçi Çindən gələn təklifi rədd edib. Naninin meneceri Premyer Liqanın bir neçə klubu ilə danışıq aparır. Əgər futbolçu özünə klub tapa bilməsə, yoluna "Fənərbağça"də davam edəcək.

Milli.Az