Liviyada naməlum silahlılar 17 nəfəri qətlə yetirdi

Liviyada naməlum silahlılar 17 nəfəri qətlə yetirdi
15:12 3 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

Naməlum silahlılar Liviyanın qərbində hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum edərək, 17 nəfəri öldürüb
APA-nın RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 14 əsgər, 3 dinc sakin həlak olub. Hələlik heç bir təşkilat bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Ötən həftə analoji hadisə Liviyanın Sirt şəhərində də baş verib. “Liviya şəfəqi” qruplaşmasının üzvləri hərbi bazaya hücum edərək, 19 nəfəri qətlə yetiriblər.

Ötən ilin iyul ayından fəallaşan “Liviya şəfəqi” qruplaşmasının “Əl-Qaidə”, “İslam dövləti” (İŞİD) və “Müsəlman qardaşları” ilə sıx əlaqədə olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR