“ATV maqazin onlarla” verilişinin “Hid parad” rubrikasının növbəti qonağı müğənni Rəqsanə İsmayılova olub.

Axşam.az-ın məlumatına görə, ifaçı həmkarı Elnarə Xəlilovanı onuncu pilləyə layiq görüb, ifasını bəyənmədi:

“Elnarə yaxşı ifaçıdır. Başqa janrda oxuyurdu, bəyənilmişdi. Sonra gəldi 6/8-lik oxudu. “Günah” mahnısını da bəyənmədim.

Əhməd Mustafayev çox tərbiyəli, böyük-kiçik yeri bilən ifaçıdır. Amma duet ortağı, Özbəkistanın xalq artisti Mədinə Mumtazın ifasın xoşlamadım. Ciyiltili səsi var, Pişik Günelin ifasına oxşayır. Onu doqquzuncu yerə layiq görürəm.

Elçin Cəfərovu səkkizinci olsun".

R.İsmayılova Miri Yusifi yeddinci yerə layiq görüb və tənqid edib:

“Onu canav təbəqə sevir. Bir az yaşlı təbəqə də qəbul etməlidir. İnanmıram ki, 45 yaşlı kişi Miri Yusifi sevsin. Axırıncı mahnısındakı sözləri başa düşmədim. Adı “Bomba kimi”dir, içərisində sözlər tam başqa.
Həftənin altıncısı Azəri Günel Zeynalova olsun. Günelin sənəti var, Azərbaycan musiqisinə müraciət etmək istəyirəm.

Xatirə İslamın oxu tərzi hər kəs tərəfindən sevilir. Onu beşinci pilləyə layiq görürəm”.

R.İsmayılova həmkarı Nadir Qafarzadənin ona etdiyi yaxşılıqdan danışıb, onu dördüncü yerə layiq görüb:

“Bu yaxınlarda Nadirdən bir şey xahiş etdim. Aysun Türkiyədən zəng vurdu ki, mənə pul lazımdır. Nadir də orada idi. Zəng vurdum, qızıma 2 min dollar apardı.

Zülfiyyə Xanbabayeva sənətə bizdən əvvəl gəlmişdir. Onun üç-dörd il əvvəl oxuduğu mahnıları həmişə sevmişəm. Amma yeni mahnısını sevmədim. Onu üçüncü yerə layiq görürəm. O, bir sənətkardır”.

R.İsmayılova xalq artisti Brilliant Dadaşovaya təriflər yağdırıb:

“Sənətdən çox insanlığa qiymət verirəm. Sona saxladığım üçlükdə insanlığı sıfır olan adam var.
Brilliant Dadaşova sənətkardır. Mahnısı sevilməyə bilər, amma istedadı var. Müğənnilər var ki, Brilliant xanımın hesabına toyda pul qazanır. Brilliant xanımı ikinci yerə qoyuram.

Rəhim Rəhimli ilə aramızda elə bir sirr olub ki... 8 ildir bu sirri heç yerdən eşitməmişəm. Dostluqda ən sadiq insan olan Rəhimi birinci edirəm”.

R.İsmayılova əməkdar artist Tünzalə Ağayevanın yeni mahnılarını bəyənmədiyini deyərək, onluqdan uzaqlaşdırıb.