"Report"un redaksiyasına daxil olan video-görüntülərdə gecə təxminən 2 radələrində uşaq evindən olan E.M. ilə dialoq yer alıb.
Söhbət zamanı E.M. uşaq evində mühafizəçi olmadığını, istənilən uşağın internatdan istədiyi vaxt çıxdığını deyib.
Uşaq söhbət zamanı Reyhanə Sadıqovanın rəhbərlik etdiyi uşaq evində onlara vaxtı-vaxtında yemək verilmədiyini də bildirib.
"Report" məsələ ilə əlaqədar Təhsil Nazirliyinə sorğu ünvanlayıb, lakin sorğuya cavab verilməyib.

