İyunun 17-də saat 11-də Bakıda Formula-1 Avropa Qran-prisinə start verilib.

Axşam.az xəbər verir ki, Avropa Qran-prisinə dəstək olaraq, GP2 seriyasının 12-ci mövsümünün növbəti mərhələsi başlayıb. Ən güclü seriyalardan olan GP2 bir çox sürücülərin Formula-1-də debütü üçün son mərhələ hesab edilir. Builki pelotonun tərkibində yer alan Niko Rosberq və Luis Hamilton daxil olmaqla 9 pilot vaxtilə GP2 seriyasında çıxış edib və bəziləri çempion olub.

Hazırda GP2 seriyasının 45 dəqiqəlik sərbəst yürüşlərdən ibarət ilk mərhələsi keçirilir. Daha sonra 30 dəqiqəlik sıralama turu olacaq. Nəticədən asılı olaraq, iyunun 18-də keçiriləcək ilk yarışın start düzülüşü müəyyənləşəcək (yarış 60 dəqiqə və ya 170 kilometr təşkil edir). İlk yarışın nəticəsinə əsasən, sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanırlar.

İyunun 19-da isə ikinci yarış keçiriləcək. Yarışda bolidlərin start düzülüşü aşağıdakı qaydada müəyyənləşəcək: İyunun 18-də keçiriləcək yarışda 1-8-ci pillələrdə yer alan sürücülər, növbəti gün tam əks qaydada start götürəcəklər. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzüləcəklər.

İkinci yarışda xallar ilk 8 pilota verilir: 15, 12, 10, 8, 6, 4, 2, 1. Yarışın vaxtı 45 dəqiqəyə və ya 120 kilometrə qədər endirilir. Bundan əlavə, poul vəziyyəti qazanan pilot əlavə olaraq 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar.

"Formula 1" başladı -  fotolar

"Formula 1" başladı -  fotolar

"Formula 1" başladı -  fotolar