Formula 1 üzrə Avropa Qran-prisinin sərbəst yürüşü başlayıb
Paylaş
40 baxış·1 dəq oxu
Bakı. 18 iyun. REPORT.AZ/ Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran-prisində sonuncu sərbəst yürüşə start verilib. "Report"un məlumatına görə, pilotlar qarşıdakı 1 saat ərzində Bakı küçələrində öz məharətlərini nümayiş etdirəcək. Dünənki iki sərbəst yürüşdə ən yaxşı göstərici "Mercedes"in pilotu Lüis Hamiltona məxsusdur.