"Report"un məlumatına görə, ən yaxşı göstərici yenə də "Mercedes"in pilotu Lüis Hamiltona məxsusdur.
31 yaşlı pilot 1:44.352 dəqiqəlik göstərici nümayiş etdirib. Hamiltonu 1:44.610 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyir. Siyahının üçüncü pilləsində isə 1:45.540 dəqiqə ilə “Force İndia”nın pilotu Niko Hülkenberq qərarlaşıb.
Qeyd edək ki, bu pilotların sonuncu sərbəst yürüşü olub. İlk iki sərbəst yürüşdə də ən yaxşı nəticəni Lüis Hamilton nümayiş etdirib.