"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının növbəti qonağı müğənni Rəhim Rəhimli olub.

Axşam.az-ın məlumatına görə, ifaçı Azəri Günel Zeynalovanı onuncu edib və onun türk dilində oxumasını qəbul etmədiyini söyləyib:

"Burada yalnız ifaçıların Azərbaycan dilində mahnıları olmalıdır. Günelin mahnısını bəyənirəm, amma onuncu edirəm. Kərim Abbasovun səsini, ifasını bəyəndim və doqquzuncu yerə qoyuram. Ona pop ifaçısı olmaq yaraşır. Səhnəmizin ən yaraşıqlı kişi müğənnilərindən biridir.

Səkkizinci yerdə Elnarə Xəlilova olsun. Bu aralar çox türk mahnılarına müraciət edir. Onu əvvəl necə idisə, indi də elə görmək istəyərdim. Yeddinci yerdə növbəti duet ortağım Əhməd Mustafayev olsun".

R.Rəhimli altıncı pilləyə Nadir Qafarzadəni layiq görüb:

"Nadir Qafarzadənin səsini Akif İslamzadənin səsinə bənzədirəm. İnşallah, Azərbaycan musiqisində onun qədər qalıcı olar.

Bəziləri Miri Yusifin səsini, mahnılarını bəyənmir. Mən istəyirəm ki, mehriban olaq. Bu qısqanclıqdır, paxıllıqdır. Ona deyilən iradları qəbul etmirəm və beşinci yerə layiq görürəm".

İfaçı Rəqsanə İsmayılovanın Adil Karaca ilə duetini tərifləyib:

"Həftənin dördüncüsü Rəqsanə İsmayılovanın "Yaşın nə fərqi var ki..." mahnısı olsun. Bu mahnını yaşatmaq lazım idi. Rəqsanə məni birinci etmişdi, mən özümü ora layiq görmürdüm.

Brilliant Dadaşova ifa edəndə onu ancaq sakit dayanıb dinləmək istəyirsən. Onun bu mahnısını üçüncü pillədə görmək istəyirəm.

Həftənin ikincisi Zülfiyyə Xanbabayevanın "Çarəsiz"i olsun. İfası möhtəşəmdir".

R.Rəhimli dostu Elçin Cəfərovu birinci edib:

"O, birinciliyə layiq olan dostumuzdur. Klipdə həyat yoldaşı ilə birlikdədir. Yaxın günlərdə bu mahnı hit olacaq".

R.Rəhimli Xatirə İslamı "Hit-parad"dan uzaqlaşdırıb və ""Xatirə xanım gözəl oxuyub, amma bu həzin ifadır. İndi yaydır, ritmik ifa lazımdır", - deyə bildirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xatirəni uzaqlaşdırdı, Günelə irad bildirdi - VİDEOXatirəni uzaqlaşdırdı, Günelə irad bildirdi