Türkiyəli müğənni Sərdar Ortaç Bodrumda çimərlik açmağa müsbət yanaşır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı Xloe Luqnanla görüntülənən Ortaç Bodrumda bir yerdən təklif gəldiyini deyib.

Müğənniyə “Gəl bu klubu, bu çimərliyi sənə verək, sən də “Coco beach” et” deyiblər. İfaçı isə “Qulağa gözəl səslənir. Əgər xanımım istəsə, onu da edərik. Ən azından oraya gedib işlədiyim zaman öz çimərliyimə gedərəm, diceylik edib camaatı əyləndirərəm” söyləyib.