Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən daxil olan məlumatda bildirilib.
Məlumata görə, Qazax rayon sakinlərinə məxsus 2 avtomobilə Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərində aksiz markası olmayan ümumilikdə 10 400 ədəd siqaret aşkar olunaraq götürülüb.