"Report"un Maxaçqala klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı çexiyalı Pavel Vrba çalışdıracaq.
Çexiyalı mütəxəssisə həmyerliləri Duşan Tittsel, Aleksandr Bokiy və Martin Tixaçek kömək edəcək.
Qeyd edək ki, P.Vrba 2014-cü ildən Çexiya yığmasını çalışdırıb. O, komanda ilə AVRO-2016-ya vəsiqə qazanıb. Çexiya D qrupunda Türkiyə ilə keçirilmiş üçüncülük oyununda məğlub olaraq qitə turnirində mübarizəni dayandırıb.