ABŞ prezidenti Barak Obamanın ailəsi İspaniyanın paytaxtı Madridi tərk edərək Vaşinqtona qayıdıb.
Milli.Az ABC-yə istinadən bildirir ki, Mişel Obama qızları - 17 yaşlı Maliya və 15 yaşlı Saşa və anası Merian Robinsonla birlikdə cümə günü Madridə yollanaraq "Let Girls Learn initiative" kampaniyası çərçivəsində keçirilən beynəlxalq konfransa qatılmışdılar.
Mişel Obama Afrikada Liberiyada və Mərakeşdə olacaq, konfranslara qatılacaq, görüşlər keçirəcək.
Madrid yaxınlığındakı Torrehon aviabazasında Obamaları yola salanlar arasında ABŞ-ın İspaniyadakı səfiri Ceyms Kostos və onun "ər"i Maykl Smit də vardı.
Səfir Ceyms Kostos homoseksualdır.
Milli.Az



























