Əməkdar artist Baloğlan Əşrəfovun anası Şükufə xanımın səhhəti pisləşib.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda "ATV maqazin onlarla" verilişində deyib.

B.Əşrəfov bildirib ki, anasını Lənkərana aparıblar:

"Anamın 84 yaşı var. Hər dəqiqə ona baş çəkməyə borcluyam. Anamın səhhətində ciddi problem yaranmışdı. Onu kəndə aparmalı idik. Artıq ümüdimizi kəsmişdik. Az qalmışdı əlimizdən gedə. Onu başqa niyyətlə Lənkərana aparsaq da, anam dirildi.

Ona çox diqqət edirik, qulluğunda dayanırıq. Yeməyinin vaxtından 1 dəqiqə belə keçməsinə imkan verməz. Özünə yaxşı baxır".

Milli.Az