Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova dedi-qodusunu edənlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Star life" verilişində hər kəsə səsi ilə cavab verəcəyini deyib:

"Deyirlər ki, "Meyvə verən ağac daşlanar". Biz də işimizi edən, namusumuzla, şərəfimizlə yaşayan insan olduğumuz üçün atılan daşlar dəymir, topuğumuza dəyib, geri qayıdır. Heç bir şeydən qorxum yoxdur. Hər şeydən əvvəl səsimə güvənirəm, onunla da hər kəsə cavab verərəm. Arxamca danışan qarşımda dayansın, oxusun baxım".

G.Zeynalova Azərbaycanda konsert verib-verməyəcəyi ilə bağlı suala da cavab verib. O bildirib ki, incidiyi üçün hələ belə addım atmayacaq:

"Məni küsdürüblər, qəlbim sınıb, konsert vermək istəmirəm. İnşallah, sentyabrdan sonra düşünərəm".

Milli.Az