Bu barədə “Report”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, qəbulda Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir, Tovuz rayon və şəhər sakinləri iştirak edə bilərlər.
Qəbul saat 11:30-da Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri Heydər Əliyev parkı) keçiriləcək.
Qəbula gəlmək istəyənlər rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.