Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova hava limanında kameralara tuş gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, uzun müddətdir sağlamlığında yaşadığı problemlərə görə mahnı oxuya bilməyən İbrahim Tatlısəslə bağlı da müjdə verib.
“İrəliləyən zamanlarda İbrahim abinin səsini daha çox eşidəcəksiniz, sürpriz olsun” deyən Günel eynək taxmasından da söz açıb:
“Uzağı görmürəm, imic falan deyil, yaraşıbsa, nə gözəl. Bir narahatlığım var, bir az keçəndən sonra ona da son verəcəyik”.
Azəri Günel albomunda yer alacaq İbrahim Tatlısəsin bir mahnısını oxumaq üçün İstanbula gəldiyini və klip çəkilişlərinə başlayacağını da istisna etməyib.