Bu barədə "Report"a Sumqayıt Teatrından məlumat verilib.
Mövsümü "Burdan min atlı keçdi" əsəri ilə açan teatr, mövsümü "Hacı Qara" tamaşası ilə yekunlaşdırıb.
Tamaşanın rejissoru teatrın baş rejissoru, əməkdar artist Firidun Məhərrəmovdur. Hacı Qara rolunu aktyor Akif Mirzəyev (dublyor- Yalçın Səlimov) ifa edib.
Əsas obrazları əməkdar artistlər İlahə Səfərova, İzaməddin Bağırov, aktyor İlham Səfərli, Cəlal Məmmədov, Mətləb Səfərli, Rövşən Əsgərov, İlahə Səfərli, Dağlar Rüstəmov və başqaları canlandırıb.
Maraqlı məzəli musiqi nömrələri, avanqard rejissor yozumu, qədərincə aktyor inprovizələri tamaşanı daha baxımlı edib.
Qeyd edək ki, Sumqayıt Teatrı yeni teatr mövsümünü sentyabrda təmirdən çıxan binasında edəcək.






