Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə ünvanına yazılan tənqidlərə sərt cavab verib.

Axşam.az-ın məlumatına görə, o, İnstaqramdakı izləyicilərinə bu ismarışı göndərib:

“Bəzi insanların səni bəyənməməsi prestijinə zərərdir. Həqiqətən çox xoşbəxtəm ki, məni bəyənməyənlərin çoxu tərbiyədən kənar insanlardır. Həqiqətən qürur duyuram ki, məni dəstəkləyən, sevən, ailəsinin bir üzvü kimi görən insanlar mədəni, tərbiyəlidirlər.

Sizin fikrinizi ifadə etmək tərziniz əslində sizin kim olduğunuzu ortaya çıxarır. Bir insanı sevməyə bilərsiniz, amam hörmət etməyə məcbursunuz. Bu tip paylaşımlar demək olar ki, səhifəmdə olmur. Amma dedim qoy, bəzi sosial şəbəkədə qəhrəmanları anlasınlar ki, fikirləri çalışsınlar daha məntiqli, və savadlı şəkildə sərgiləsinlər.

Özünüzə yaxşı baxın. Boş vaxtlarınızda kitab oxuyun, internetdə oturub gözlərinizi yormayın, daha faydalı işlə məşğul olun".