“Report” xəbər verir ki, bunu Avroliqanın II təsnifat mərhələsi çərçivəsində Bakıda Macarıstannın MTK klubuna qarşı keçirilən cavab qarşılaşmasından sonra (2:0) “Qəbələ”nin baş məşqçisi Roman Qirqorçuk deyib.
Ukraynalı mütəxəssis rəqibi məğlub etməyi böyük uğur saydıqlarını bildirib:
"Futbolçular ideal olmasa da, istədiyim kimi mübarizə apradılar. Yalan danışmaq istəmirəm, Fransanın “Lill” klubunun oyununu bu günə kimi izləməmişəm. Rəqib çox güclü və yaxşı komandadır. “Lill” böyük komandadır. Onların Azərbaycana gəlməsi bizi sevindirir”.