Cənubi Avstraliya ştatında, Adelaida şəhəri yaxınlığında davam edən yanğınlar artıq 11 min hektar meşəni məhv edib.Avstraliyadakı yanğınlarla 2000 yanğınsöndürən 14 təyyarə və helikopterlərlə mübarizə aparır
Bundan əlavə, Adelaida rayonunda yamacda yerləşən 30-dan artıq ev də ötən gecə yanıb. Şəhərin ətrafındakı kiçik yaşayış məntəqələrində yaşayan minlərlə insan müvəqqəti sığınacaqlarda gecələməli olublar.
Hazırda alova qarşı 2 mindən çox yanğınsöndürən mübarizə aparır. Onlara 14 təyyarə və helikopterlər də yardım edir. Lakin küləyin sürətini və istiqamətini tez-tez dəyişməsi yanğını tam nəzarətə almağa imkan vermir. Yanğının qarşısını almaqda çətinlik yaradan digər səbəb isə havanın temperaturunun yüksək olmasıdır.
Yanvarın 3-də Adelaidada havanın temperaturu müsbət 40 dərəcə olub, bu gün isə 31 dərəcə isti gözlənilir.
Xilasedicilərin verdiyi məlumata görə, budəfəki yanğınlar Cənubi Avstraliyada son 30 ilin ən güclü yanğınlarıdır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.