ŞOK! "Anji"nin futbolçusu qətlə yetirilib

ŞOK! "Anji"nin futbolçusu qətlə yetirilib
12:29 4 Yanvar 2015
188 İdman
Ölkə mətbuatı
A- A+

Dağıstanın "Anji-2" komandasında çıxış edən futbolçu Həsən Məhəmmədov qətlə yetirilib. Lent.az-ın sportnet.az-a istinadən məlumatına görə, Dağıstan hüquq-mühafizə orqanları olayın yanvarın 3-nə keçən gecə Qumtorqala rayonunda baş verdiyini bildirib. 
 
20 yaşlı sol cinah müdafiəçisinə gecəyarısı Novokuli qəsəbəsində odlu silahla atəş açılıb və o, xəstəxanada keçinib. Faktı "Anji"nin mətbuat xidmətindən də təsdiqləyiblər: "Məhəmmədov əsas oyunçularımızdan idi. O, mövsüm ərzində 16 oyun keçirmişdi".
 
Qeyd edək ki, "Anji-2" Rusiya çempionatının cənub zonasının ikinci divizionunda çıxış edir. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR