Moody's İnvestors Service beynəlxalq reytinq agentliyi ASC "Xalq" Bankının uzunmüddətli öhdəliklər reytinqini B2, proqnoz neqativ səviyyəsində saxladı.
Əlavə olaraq Bankın qarşı tərəf riskinin dəyərləndirilməsi eyni səviyyədə təsdiqlənərək dəyişməz qalıb - B1(cr) / Not Prime(cr).
Perspektivləri dəyərləndirən Moody's təhlilçiləri bəyan ediblər ki, Xalq Bankın reytinqinin təsdiqlənməsi bankın bazardakı güclü mövqeyi, sabit depozit bazası, gəlirliliyi, aktivlərin keyfiyyəti və yüksək kapitallaşma səviyyəsi kimi amillərə əsaslanır.